Berlin tarix verdi: Rusiyadan qurtulmağa çalışır

Berlin tarix verdi: Rusiyadan qurtulmağa çalışır

Almaniya avqustun 1-dən Rusiya kömürünün alınmasını tamamilə dayandıracaq, dekabrın 31-dən isə neftdən imtina edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Sidney Enerji Forumu zamanı Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis deyib.

“Artıq Şərqi Avropada Sovet imperiyasının aləti olmuş “Drujba” neft kəmərinin tarixi ilə tanış olan hər kəs bu asılılıqdan qurtulmağın xırda məsələ olmadığını yaxşı bilir. Lakin biz bir neçə aydan sonra buna nail olacağıq”, – Y.Kukis bildirib.

Teqlər: