Berlin Ukraynaya 100 ədəd Almaniya istehsalı haubitsanın satışına icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə “Şpigel” yazıb.
Bildirilir ki, Ukrayna Almaniya istehsalı olan “Panzerhaubitze 2000” haubitsalarının birbaşa mənbədən alınması üçün müraciət edib. “Krauss-Maffei Wegmann” konserninə isə satış üçün icazə verilib.
100 ədəd “Panzerhaubitze 2000” haubitsası üçün məbləğ 1,7 milyard avrodur.
Ancaq bu haubitsaların hazırlanması və hamısının çatdırılması bir neçə il çəkə bilər.
Qeyd edək ki, ötən gün Almaniya müdafiə naziri Kristin Lambrext Ukraynaya Mars II reaktiv yaylım atəş sistemləri və 3 ədəd “Panzerhaubitze 2000” haubitsası verildiyini bildirmişdi.