Almaniya Polşaya Bundesver qüvvələri tərəfindən hava patrulu xidməti təklif edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Tils deyib.
“Polşadakı hadisələrə təcili cavab olaraq, biz Polşaya “Eurofighters” hava patrullarının artırılmasını təklif edəcəyik. Əgər Polşa istəsə, bunu sabah da edə bilərik. Bunun üçün qırıcıların yenidən yerləşdirilməsinə ehtiyac yoxdur, patrullar Almaniyanın hava bazalarından aparıla bilər”, – o bildirib.