Macarıstan ordusunun modernləşdirilməsi çərçivəsində ölkə Almaniyadan ilin sonuna kimi 44 ədəd “Leopard 2A7” tankları alacaq.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski deyib.
Onun sözlərinə görə, Macarıstan hökumətin bu yaxınlarda müharibə dövründəki inflyasiya və qlobal iqtisadi çətinliklərə baxmayaraq, mövcud vəziyyətə görə Silahlı Qüvvələrinin modernləşdirilməsini sürətləndirir.