Berlin Kiyevə gələn il bu qədər mərmi verəcək

Berlin Kiyevə gələn il bu qədər mərmi verəcək

Almaniya 2024-cü ildə Ukraynanı 200 minə yaxın artilleriya sursatı ilə təmin edə biləcək.

AzerTimes xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer deyib.

Broyerin sözlərinə görə, hazırda Almaniya hərbi sənayesi sursat istehsalını artırmağa davam edir.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Pistorius bildirmişdi ki, AB 2024-cü ilin martına qədər Kiyevə bir milyon mərmi vermək vədini yerinə yetirə bilməyəcək.

Teqlər: