Almaniya Ermənistandakı müşahidəçilər missiyasında iştirak etmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat yayıb.
“Hökumət Almaniyanın Ermənistandakı müşahidəçi missiyasında iştirak etməyə çalışır və noyabr ayından ekspertlərin buraya ezamiyyətini təklif edə biləcək”, – məlumatda bildirilib.