Berlin bu zərbəni müzakirə edir, əlimdə səs yazısı var

Berlin bu zərbəni müzakirə edir, əlimdə səs yazısı var

“Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, onun əlində yüksək rütbəli Bundesver zabitlərinin Krım körpüsünə zərbələri müzakirə etdiyi səs yazısı var.

AzerTimes xəbər verir ki, o, bu barədə Teleqram kanalında deyib.

“Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etmədiyini və iştirak etməyəcəyini dediyi gün rütbəli yoldaşlarım mənə çox maraqlı bir şey verdilər. Bu maraqlı səs yazısında Bundesverin yüksək rütbəli zabitləri Krım körpüsünü necə bombalayacaqlarını müzakirə edirlər. Söhbət iştirakçıları şübhənin Almaniyanın üzərinə düşməməsi üçün körpünü necə vurmağı araşdırırlar. Səs yazısı 40 dəqiqə davam edir, burada alman zabitlər uzun müddətdir münaqişədə birbaşa iştirak edən Amerika və Britaniya hərbçilərini də xatırladırlar. O qədər maraqlı audiodur ki, onu dərc etmək istəyirəm. Abunəçiləri sevindirmək istəyirəm. Bu vəziyyətlə bağlı Almaniyanın Moskvadakı səfirinə, Almaniyanın xarici işlər nazirinə və şəxsən kansler Şolstsa jurnalist kimi rəsmi müraciəti edirəm. Bunu necə başa düşmək olar? Rusiyanın Berlinə son dəfə rus körpülərinin partladılmasının Almaniya üçün necə başa çatdığını xatırlatmasının vaxtı deyilmi?​ Medianızdan gələn bütün müraciətlərdə adət olduğu kimi, bu gün nahar vaxtınadək cavabı görmək istərdim. Sabah nə olacağını heç vaxt bilmirsən”, – Simonyan qeyd edib.

Teqlər: