Rusiya qoşunları Xerson vilayətinin Berislav şəhərindəki müəssisəyə zərbələr endiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Xerson Regional Hərbi Administrasiyasının yaydığı məlumatda bildirilib.
“Saat 16:00 radələrində düşmən Berislavdakı sənaye müəssisəsinin ərazisinə dörd idarə olunan bomba atıb”, – məlumatda deyilir.
Hücum nəticəsində binanın metal konstruksiyaları və sexin dam örtüyü zədələnib. İlkin məlumata görə, xəsarət alan olmayıb.