“Beril” sürətlə Yamaykaya doğru irəliləyir

“Beril” sürətlə Yamaykaya doğru irəliləyir

Karib dənizində meydana gələn “Beril” qasırğası Yamayka istiqamətində irəliləyir.

AzerTimes xəbər verir ki, təbii fəlakətin təxminən 12 saat ərzində ada dövlətində hökm sürəcəyi gözlənilir. Yamayka rəhbərliyi əhalini sığınacaqlara yerləşmək və bütün lazımi tədbirləri görməklə bağlı xəbərdarlıq edib.

Həftənin əvvəlindən bu yana Karib dənizində irəliləyən qasırğa Qrenada və Sent Vinsent və Qrenadin ada dövlətlərinə dağıdıcı təsir göstərib. Təbii fəlakət nəticəsində azı 6 nəfər həyatını itirib. Qasırğa Sent Vinsent və Qrenadin adalarına daxil olan 3 min əhalinin yaşadığı Yunion adasında demək olar ki, bütün tikililəri dağıdıb.

“Beril” qasırğası iyun ayında baş verən ilk qasırğa kimi qeydə alınıb.

Həftənin əvvəlindən başlayan “Beril” qasırğası Saffir-Simpson qasırğa şkalasına əsasən 5-ci kateqoriyaya qalxaraq saatda 270 km sürətə kimi yüksəlib. Hazırda qasırğanın sürətinin bir qədər azaldığı deyilir.

Teqlər: