Berdyansk üzərində iki Ukrayna PUA-sı vuruldu

Berdyansk üzərində iki Ukrayna PUA-sı vuruldu

Zaporojye vilayətinin rusların nəzarətində olan Berdyansk şəhəri üzərində iki Ukrayna pilotsuz təyyarəsi vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin administrasiya şurasının üzvü təyin edilən Vladimir Roqov bildirib.

“Hava hücumundan müdafiə sistemi iki Ukrayna kamikadze pilotsuz təyyarəsini vurub. Hücum uğurla dəf edilib”, – Roqov deyib.

Onun sözlərinə görə, dağıntı və zərərçəkən olmayıb.

Teqlər: