Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır “Arkadağ Ağıllı Şəhər”in açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova 2 ağ rəngli “Togg” elektromobilinin açarlarını təqdim edib.
AzerTimes Report-a istinadən xəbər verir ki, Berdiməhəmmədov “Togg” avtobobilini sınaqdan keçirib və çox bəyəndiyini bildirib.
Qeyd edək ki, Türkmənistandan əvvəl “Togg” elektromobili Azərbaycan və Qazaxıstan prezidentlərinə təqdim olunub.
“Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.