Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrın 25-26-da Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Məlumata görə, səfər zamanı Berdiməhəmmədov Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də cari hadisələr ətrafında fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, bu, Sərdar Berdiməhəmmədovun Türkiyəyə ilk rəsmi səfəridir.