Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənistan Qəhrəmanı adına layiq görülüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkmənistanın dövlət agentliyi məlumat yayıb.
Qeyd olunur ki,Türkmənistanın başçısı bu ada respublikanın milli müstəqilliyinin əsaslarının möhkəmləndirilməsində böyük şəxsi töhfəsinə və digər xidmətlərinə görə layiq görülüb. Mükafatlandırma mərasimi ölkənin xalq hakimiyyətinin ali nümayəndəlik orqanı olan Xalq Məsləhətinin iclasında baş tutub.