Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq, Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, V.Eyvazovun əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Knyaz Həsənov vəzifəsindən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinə rəis təyin olunub.