Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən
keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif
oğlunun batması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, qurumun Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu
axtarışlara cəlb olunub.