Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
AzerTimes-ın məlumatına görə, hazırda yanğın davam edir.
Bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün iş aparılır.