Bərdədə toyda kütləvi zəhərlənmə baş verib

Bərdə. Aslan Məmmədli – Trend:

Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.

AzerTimes-ın yerli müxbirinin xəbərinə görə, hadisə təşkil olunan toy məclisində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Tovuz rayon sakini 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı rayon Polis Şöbəsinə məlumat verilib.

Teqlər: