Bərdədə təbiətə 13 min manat zərər vuran şəxs cəzalandırılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 12 950 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, sözügedən şəxs bu ilin 27 oktyabr tarixində də eyni ərazidə ağacları kəsdiyinə və təbiətə 13600 manat məbləğində ziyan vurduğuna görə onunla bağlı toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilmişdi.

Teqlər: