Bərdədə qonşusunu odlu silahla öldürən kişi sonra özü intihar edib.
AzerTimes Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib. Kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseyinov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra N.Hüseyinov özünə odlu silahdan atəş açaraq intihar edib.
Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.