Bərdədə oğurluq edən şəxslər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a bildirilib ki, məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb. Onların 3100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub. Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər: