Sosial şəbəkələrdə Bərdədə küçə itlərinin kütləvi öldürüldüyü
görüntülər yayılıb.
Sakinlər iddia edir ki, itləri güllələyiblər, öldürə
bilmədikləri itləri isə zəhərləyiblər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional
qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı
Trend-ə bildirib
ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı Rayon Polis
Şöbəsində müvafiq araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət
veriləcək.