Xəbər - Samir Əli – Trend:
Bərdə rayonunda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
AzerTimes-ın məlumatına görə, cinayət işinin materilalları baxılmaq üçün Gəncə Ağır Cinayətlə Məhkəməsinə göndərilib.
Prosesə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.
İş üzrə məhkəmənin hazırlıq iclası noyabırn 16-na təyin edilib.
İttihama görə, hadisə iyulun 25-i saat 05 radələrində Bərdə rayonu ərazisində baş verib. Rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.