Bərdədə ər arvadının başına balta vurdu

Bərdədə ər arvadının başına balta vurdu

Bərdədə ər arvadını baltalayıb. Hadisə rayonun İsmət Qayıbov küçəsində baş verib. Hadisə şahidləri təcili tibbi yardım xidmətinə müraciət edib. Əri tərəfindən baltalanan qadın Bərdə MRX-na aparılıb.

Xəstəxanadan verilən məlumata görə yaralı 1960-cı il təvəllüdlü Diləfruz Allahveridyevaya açıq kəllə beyin travması diaqnozu qoyulub. Baş nahiyəsində çoxsaylı yaralar var. O cümlədən bədənində döyüldüyünə dair izlər də var. Hazırda o, xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Mahir Allahverdiyev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. Hadisənin hansı səbəbdən törədilməsi araşdırmalardan sonra bəlli olacaq.