Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.