Bərdədə 80 yaşlı kişini arvadı döydü

Bərdədə 80 yaşlı kişini arvadı döydü

Bərdədə 80 yaşlı kişini həyat yoldaşı ütü ilə yandırıb. Hadisə rayonun Gərənə kəndində baş verib.

AzerTimes-ın verdiyi məlumata görə, Hidayət Hüseyn oğlu Səfərov həyat yoldaşı Serbiya Kərim qızı Cəfərova tərəfindən döyülüb. Daha sonra halsız vəziyyətdə olan H.Səfərov həyat yoldaşı tərəfindən bədənin müxtəlif yerlərindən ütü ilə yandırılıb.

H.Səfərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: