Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də rayonunun Mollaəhmədli kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 2016-cı il təvəllüdlü Allahverdi Seymur oğlu Səfərov yaşadığı evdə qəflətən halı pisləşərək ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.