Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bərdə rayonunda bu günə kmi 11 mindən çox şəxsə vaksin vurulub.
Bunu AzerTimes-a Bərdə rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vətəndaşlar arasında vaksinasiyaya maraq yüksəkdir:
“Bərdə rayonuna ümumən bu günə kimi 12 min 400 vaksin göndərilib ki, onlardan 11 min 245-i artıq istifadə olunub. Hazırda ikinci dozanın vurulması həyata keçirilir. Növbəti həftənin birinci günündən etibarən isə 40 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacaq”.
Xəstəxanadan qeyd olunub ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb: “Yalnız bir qadında həyəcandan psixoloji gərginlik yarandı. Onu da bir gün nəzarətdə saxladıqdan sonra evə buraxmışıq”.
Qeyd edək ki, bu günə qədər ümumilikdə ölkə ərazisində 856 363 nəfər vaksinasiyadan keçib.