Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Anar Salmanov və əvvəllər məhkum edilmiş Nicat Əzimov saxlanılıb. Onlardan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.