Bərdə Mədəniyyət Mərkəzinin tikintisi niyə yarımçıq qalıb? – NAZİRLİKDƏN AÇIQLAMA

Bərdə şəhərində yerləşən və 9 ildir sökülən Mədəniyyət sarayı
hələ də bərpa edilmir. Binanın yeni tikintisi nəzərdə tutulsa da, 9
ildən çoxdur ki, inşaat işləri dayandırılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Trend-in sorğusuna cavab
olaraq bildiriblər ki, Bərdə şəhərində Mədəniyyət sarayı binasının
yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün 31.10.2013
tarixdə podratçı ilə müqavilə bağlanılıb və onun əsasında dəmir
beton işləri görülüb, vəsait ayrılmadığından inşaat işləri bu günə
kimi yarımçıq qalıb.

Teqlər: