Xəbər - Samir Əli – Trend:
Bərdə rayonundan Ağdam rayonuna yeni avtomobil yolunun tikintisi davam etdirilir.
AzerTimes-ın məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, yol 4 zolaqlı, birinci texniki dərəcəli olacaq.
“Ayrı-ayrılıqda iki gediş, iki gəlişli olan yolun uzunluğu 44,5 kilometrdir. Yolun 50-60 faizi artıq tikilib”, – deyə sədr müavini bildirib.