Almaniya xarici işlər naziri Annalena Berbok təyyarəsində yaranan texniki nasazlıq səbəbindən BƏƏ-nin paytaxtı Əbu-Dabidə qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, Berbok Almaniya Hərbi Hava Qüvvələrinin “Airbus A340” təyyarəsinin eniş qanadlarında yaranan mexaniki problem səbəbindən Əbu-Dabidən Avstraliyaya uça bilməyib.
Bildirilib ki, problem Əbu-Dabidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra müəyyən edilib və iki saat sonra təyyarə 80 ton yanacağı tullamaqla yenidən təhlükəsiz yerə enib.