Almaniya xarici işlər naziri Annalena Berbokun babası qatı nasist olub.
AzerTimes xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.
Bildirilib ki, Annalena Berbokun xatırlamağı sevdiyi babası polkovnik Valdemar Berbok vaxtilə Vermaxt zabiti və nasizmin sadiq tərəfdarı olub.
O, hava hücumundan müdafiə sistemində qulluq edib və “Hərbi xidmətlərə görə” xaçı ilə təltif edilib.
Almaniya XİN bu məlumatın Annalena Berboka məlum olmadığını açıqlayıb.