ABŞ Dövlət katibi Entoni Blinken almaniyalı həmkarı Annalena Berbokla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Blinken özü X sosial şəbəkəsində məlumat yayıb.
“Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşdüm və Ukraynaya dəstək, Qəzza zolağında atəşkəsin təmin edilməsi, Ermənistan və Azərbaycan arasında sülh sazişində əldə olunan irəliləyişləri müzakirə etdim”, – Blinken bildirib.