Məndən Almaniya kansleri Olaf Şoltsla zarafat etməmək və artıq danışmamaq tələb olunub.
AzerTimes xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Axen şəhərinin Karnaval Assosiasiyasının “Qəddar ciddiliyə qarşı” ordeni ilə təltif edilərkən deyib.
“Mənə xəbərdarlıq edildi: Annalena, bu həftədən sonra federal kansler haqqında zarafat etməyin. Əsasən də artıq heç nə demə. Amma o zaman artıq danışmamaq olar ki, ümumiyyətlə heçnə danışmayasan”,- o bildirib.
Qeyd edək ki, orden hər il yumor hissi və xalqa yaxınlığına görə tanınmış siyasətçilərə verilir.