Almaniyanın xarici işlər naziri Annalena Berbok mümkün atəşkəs şəraitində Ukraynaya alman hərbçilərin göndərilməsini istisna etməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.
“Ukrayna ilə Rusiya arasında atəşkəs olacağı təqdirdə sülhün təmin edilməsi üçün alman əsgərlər də ərazidə yerləşdirilə bilər”, – o bildirib.
Qeyd edək ki, ötən həftə AB diplomatiyasının yeni rəhbəri Kaya Kallas da qeyd edib ki, Avropa ölkələri mümkün atəşkəs üçün Ukraynaya qoşun göndərə bilər.