Berbok Kiyevdə elan etdi: Qışdan əvvəl 200 milyon…

Berbok Kiyevdə elan etdi: Qışdan əvvəl 200 milyon…

Almaniya qışdan əvvəl Ukraynaya əlavə 200 milyon avro yardım edəcək.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfəri zamanı deyib.

Onun sözlərinə görə, vəsait Almaniya Xarici İşlər Nazirliyi tərəfindən ayrılan təcili humanitar yardımın artırılmasına yönəldiləcək ki, cəbhə xəttinə yaxın və enerji təchizatı olmayan evlər də yanacaq ala bilsin və ukraynalılar lazım olan hər şeylə, xüsusən də yorğanlarla təchiz olunsunlar.

Qeyd edək ki, daha öncə Almaniyanın Ukraynaya 170 milyon avro yardım ayırdığı xəbəri yayılıb.

Teqlər: