Berbok gözlənilmədən Kiyevə gəldi

Berbok gözlənilmədən Kiyevə gəldi

Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Berborkun son il yarım ərzində Ukraynaya dördüncü səfəridir:

“O, Polşadan gecə qatarı ilə Kiyevə çatıb. Berborku Almaniyanın Ukraynadakı səfiri Martin Yager qarşılayıb. Berbok gələndən sonra Ukraynaya iqtisadi, humanitar və hərbi baxımdan dəstəyi davam etdirmək niyyətində olduğunu açıqlayıb”.

O, həmçinin Kiyevə korrupsiya ilə mübarizəyə yönəlmiş islahatların vacibliyini xatırladıb.

Nazirin iş qrafiki ilə bağlı məlumat yoxdur.

Teqlər: