Berbok Ermənistan və Azərbaycana gəlir

Berbok Ermənistan və Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrn 3-də Ermənistana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.

Teqlər: