Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
AzerTimes-ın məlumatına görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.
Qaydalara aşağıdakılardır:
- Onlayn növbə qəbul sisteminin tətbiqi;
- Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
- İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
- Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
- olunmalıdır;
- Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
- Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
- əlcəkdən istifadəsi məcburidir;
- Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
- Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
- dezinfeksiya edilməlidir;
- Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
- Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.