Ağdamın “Qarabağ” klubunun futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununu keçirib.
AzerTimes xəbər verir ki, onun komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində “ev”də Boliviya ilə qarşılaşıb. Görüş əlcəzairlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
5 il sonra yığmaya dəvət alan 30 yaşlı yarımmüdafiəçi meydana ikinci hissədə daxil olub. O, 79-cu dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə Əlcəzair qələbə qoluna imza atıb – 3:2.
Qeyd edək ki, bu, Yassin Benzianın yığmanın heyətində keçirdiyi beşinci qarşılaşma olub.