Benni Qantz motosikletdən yıxıldı, ayağını sındırdı

Benni Qantz motosikletdən yıxıldı, ayağını sındırdı

İsrailin fövqəladə hərbi kabinet naziri Benni Qantz Qəzza zolağı yaxınlığında motosiklet sürərkən yıxılıb və ayağını sındırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ynet” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, nazir Yad Mordexay qəsəbəsi yaxınlığında yaralanıb.

“Hazırda B.Qantz Tel-a-Şomerdəki “Mora” xəstəxanasında müalicə alır. Təhlillər bitdikdən sonra nazirin evə buraxılacağı gözlənilir”, – deyə materialda qeyd edilir.

Teqlər: