Bennett Lavrovun sözlərinə görə Putinin üzrxahlığını qəbul edib

İsrailin baş naziri Naftali Bennet telefon danışığı zamanı
Rusiya prezidenti Vladimir Putinin Rusiya xarici işlər naziri
Sergey Lavrovun İsrail rəhbərliyinin narazılığına səbəb olan
açıqlamalarına görə üzrxahlığını qəbul edib.

Trend xəbər verir ki, bu barədə İsrailin baş nazirinin mətbuat
xidmətindən bildiriblər.

“Onlar Rusiyanın xarici işlər naziri S.Lavrovun açıqlamalarını
müzakirə ediblər. Baş nazir Lavrovun sözlərinə görə prezident
Putinin üzrxahlığını qəbul edib, yəhudi xalqı və Holokostun
xatirəsi ilə bağlı mövqeyi aydınlaşdırdığına görə təşəkkür edib”, –
deyə açıqlamada bildirilir.

Bennett həmçinin Putindən “Mariupoldakı “Azovstal” zavodunun
təxliyəsi üçün müxtəlif variantları nəzərdən keçirməyi” xahiş
edib.

“Prezident Putin BMT və Qırmızı Xaçın humanitar dəhlizləri
vasitəsilə mülki əhalinin, o cümlədən yaralıların təxliyyəsinə
icazə verəcəyini vəd edib”, – deyə açıqlamada deyilir.