Məşhur küçə rəssamı Benksinin London qalereyasından oğurlanan “Şarlı qız” əsəri tapılıb. Polis onu muzeyə təhvil verib.
AzerTimes xəbər verir ki, məlumatı London şəhərinin hüquq-mühafizə orqanları yayıb.
Bildirilib ki, sentyabrın 8-də baş verən oğurluq hadisəsində 47 yaşlı Larri Freyzer və 53 yaşlı Ceyms Lav təqsirli bilinib.