Bəndin partlaması rus ordusuna böyük ziyan vurdu – Ukrayna

Bəndin partlaması rus ordusuna böyük ziyan vurdu – Ukrayna

Ruslar Kaxovka SES-in bəndinin dağılması nəticəsində şəxsi heyət və texnika itkisinə məruz qalıblar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiyanın 7-ci Hava Desant Diviziyası və 22-ci ordu korpusunun bölmələrində yaralananlar, ölənlər və itkin düşənlər var. Həmçinin, bu bölmələrdə döyüş sursatı və ləvazimatları olan bir neçə səhra anbarı, maşın və zirehli texnika itirilib”, – məlumatda qeyd edilib.

Teqlər: