Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.
AzerTimes xəbər verir ki, o, istefa ilə bağlı müvafiq ərizəni Böyük Britaniyanın Baş naziri Rişi Sunaka göndərib.
Baş nazir Sunak Uollesin istefa ərizəsini qəbul edib.
Qeyd edək ki, Uolles 2019-cu ildə Boris Conson hakimiyyətə gəldikdən sonra Britaniyanın müdafiə naziri təyin edilmişdi.