Serbiyanın paytaxtı Belqradda ticarət mərkəzində güclü yanğın olub.
AzerTimes xəbər verir ki, alov qısa müddət ərzində ticarət mərkəzinin bir hissəsini əhatə edib. Yanğını söndürmək üçün mülki-müdafiə qüvvələrinin 76 əməkdaşı və 25 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin yanğının lokallaşdırılmasında üç helikopterdən istifadə edilib.
Ölən və ya xəsarət alan yoxdur.