Belqorodda raket xəbərdarlığı sirenləri işə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov öz Teleqram kanalında bildirib.
“Belqorodda raket təhlükəsi sirenası işə salınıb. Bütün sakinlər sığınacaqlara enməlidir”, – Qladkov qeyd edib.
Qeyd edək ki, ötən gün Ukrayna Belqoroda raket zərbələri endirib.