
Belqorod vilayətinin altı rayonunda 556 min insan elektrik enerjisiz qalıb.
AzerTimes xəbər verir ki, bunu Belqorod vilayətinin qubernarotu Vyaçeslav Qladkov deyib.
“Təxminən 200 min insan isə susuz qalıb”, – qubernator bildirib.
Qeyd edək ki, yanvarın 8-də Ukrayna ordusu Belqorod vilayətinin kritik infrastruktur obyektlərinə raket zərbələri endirmişdi.

