Rusiya Müdafiə Nazirliyi hüquq-mühafizə orqanları ilə birlikdə Belqorod vilayətinin Qrayvoron rayonunun ərazisini Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupundan təmizləməyi davam etdirir.
AzerTimes xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
Qeyd edək ki, ötən gün Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası “Rusiyaya Azadlıq” legionu ilə birlikdə Belqoroda daxil olub. Nəticədə diversantlar Qrayvoron şəhərini ələ keçiriblər.