2024.03.19 – 23:56
Rusiyanın Belqorod vilayətinin ətrafında şiddətli döyüşlərin getdiyi bildirilir.
AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.
“Belqorod vilayətinin hakimiyyət orqanları Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşə tutması səbəbindən 7 nəfəri Kozinki kəndindən çıxara bilmir”, – vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qeyd edib ki, daha 20 sakin isə evlərini tərk etməkdən imtina edir.
Kursk qubernatoru Roman Starovoit isə döyüşlər səbəbindən Kurskda elektrik enerjisinin kəsildiyini bildirib.
Bununla bağlı yayılan görüntüləri təqdim edirik: